RU

Qurban Qurbanov qarşıdakı matçda neçə futbolçunun xidmətindən məhrumdur? - AÇIQLAMA

Misli Premyer Liqasının 11-ci turunda "Neftçi"ni qəbul edəcək "Qarabağ"ın Azərbaycan derbisinə neçə itki ilə çıxacağı bəlli olub.

Komandadakı son vəziyyətlə bağlı Fanat.Az-a "köhlənlər"in sözçüsü Anar Hacıyev məlumat verib:

"Komanda bu gün istirahətdədir. Sabah "Neftçi" ilə oyunun hazırlığını davam etdirəcəklər. Cəzalı oyunçu yoxdur. "Çelsi" ilə oyunda ciddi xəsarət alan Kadinin 8-10 həftəlik sıradan çıxdığı bəllidirsə, Musa Qurbanlı fərdi məşqlərə başlayıb. Qalan bütün futbolçular kollektiv çalışmalara qatılırlar".

Qeyd edək ki, "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Neftçi" qarşılaşması noyabrın 9-da keçiriləcək. Matçın start fiti 18:44-də səsləndiriləcək.

Nihat

Избранный
32
2
fanat.az

3Источники