Misli Premyer Liqasının 11-ci turunda "Neftçi"ni qəbul edəcək "Qarabağ"ın Azərbaycan derbisinə neçə itki ilə çıxacağı bəlli olub.
"Komanda bu gün istirahətdədir. Sabah "Neftçi" ilə oyunun hazırlığını davam etdirəcəklər. Cəzalı oyunçu yoxdur. "Çelsi" ilə oyunda ciddi xəsarət alan Kadinin 8-10 həftəlik sıradan çıxdığı bəllidirsə, Musa Qurbanlı fərdi məşqlərə başlayıb. Qalan bütün futbolçular kollektiv çalışmalara qatılırlar", - deyə komandadakı son vəziyyətlə bağlı fanat.az-a "köhlənlər"in sözçüsü Anar Hacıyev bildirib.
Qeyd edək ki, "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Neftçi" qarşılaşması noyabrın 9-da keçiriləcək. Matçın start fiti 18:44-də səsləndiriləcək.