ain.az, Qol.az portalına istinadən məlumat verir.
Erik ten Haq yenidən “Ayaks”ı çalışdıra bilər.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, Con Heytinqanın istefasından sonra Amsterdam klubunun keçmiş baş məşqçisinə təklif göndərdiyini, hələlik Ten Haqın cavabının bəlli olmadığını bildirib.
Qeyd edək ki, Ten Haq məşqçi kimi uğurlu dönəmini məhz "Ayaks"da keçirib. O, 2018-22-ci illərdə “Ayaks”ı çalışdırıb. "Ayaks" bu dövrdə çempionluq tituli və ölkə kubokunu qazanıb. 2018/19 mövsümündə isə Ten Haqın rəhbərliyi altında komanda Çempionlar Liqasında yarımfinala yüksəlib. "Ayaks"dan sonra "Mançester Yunayted" və "Bayer"i çalışdıran Ten Haq uğursuzluğa görə istefaya göndərilib.
“Ayaks” hazırda Erediviziyada 11 oyundan 20 xalla dördüncü yerdədir və lider “Feyenoord”dan səkkiz xal geridədir.
Xatırladaq ki, "Ayaks" Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir. Komandalar arasındakı qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.