Bakının Sabunçu rayonunda fəlsəfə ixtisası üzrə müəllim işləmiş 75 yaşlı qadını öldürməkdə ittiham olunan Süleyman Cəbiyevin törətdiyi əməlin detalları məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əsgərxanovanın əmlakını ələ keçirmək məqsədi ilə onu öldürmək qərarına gəlib.
Bu il iyunun 28-də saat 13:30-da o, Jalənin Maştağa qəsəbəsindəki evinə gəlib, hasardan tullanaraq həyətə keçib. Evin qonaq otağının qarşısında Jalə Əsgərxanovanın boğazından tutaraq yerə yıxıb, yumruqla alın nahiyəsindən bir zərbə vurub.
Daha sonra mətbəxdən götürdüyü bıçaqla Jalə Əsgərxanovanın boyun nahiyəsinə ardıcıl çoxsaylı zərbələr endirib. Qadını öldürdükdən sonra 450 manatını ələ keçirib.
“Məqsədim quldurluq deyildi”