RU

Coratda qaz olmayacaq

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sumqayıt şəhəri Corat qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Ölkə.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhəri, Corat qəsəbəsinin bir hissəsində yerləşən diametri 57 millimetr olan qaz xəttinin nəqliyyat vasitəsi tərəfindən zədələnməsi nəticəsində qaz sızmasının qarşısının alınması məqsədilə bu gün saat 13:00-dan etibarən 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı ərazidə təmir-bərpa işləri tamamlandıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
5
olke.az

10Источники