RU

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 8-dən 11-dək qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.

Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar 

Azərpoçt MMC 

Valyuta mübadilə məntəqələri

Избранный
14
26
azertag.az

10Источники