RU

Moldova XİN-in dövlət katibi: Azərbaycan sülhün, sabitliyin və regional inkişafın təşviqi istiqamətində böyük səylər göstərir  

Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycan dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm. Azərbaycan sülhün, sabitliyin və regional inkişafın təşviqi istiqamətində böyük səylər göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə Zəfərimizin 5-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı Moldova Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihov söyləyib.

XİN rəsmisinin sözlərinə görə, Moldova Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyib və dəstəkləməkdə davam edir.

Eyni zamanda, biz 2025-ci ilin avqustunda Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasını, həmçinin Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını dəfələrlə alqışladıq. Bu sənədlər Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda davamlı sülhə və tərəqqiyə sadiqliyini aydın şəkildə əks etdirir. Onlar, həmçinin suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sülh şəraitində yaşamaq hüququnu bir daha təsdiqləyir”, - deyə Sergey Mihov əlavə edib.

XİN-in dövlət katibi vurğulayıb ki, Azərbaycan uzun müddətdir davam edən ərazi münaqişəsini öz müdrikliyi və siyasi iradəsi sayəsində həll edə bilib və bununla da regionun tarixində yeni səhifə açıb.

Избранный
14
2
azerbaijan-news.az

3Источники