RU

Qabil Məmmədov öldürülüb?

Sosial şəbəkələrdə “söyüş blogeri” kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı haqda məlumat yayılıb.

Publika.az xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərini, ancaq onun cavab vermədiyini nümayiş etdiriblər. Eyni zamanda, onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib.

Qabil Məmmədovun 2 gündür canlı yayım açmadığı da vurğulanıb.

Qeyd edək ki, olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyaları ilə seçiliblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakıların növbəti oyunu sayıb, bəziləri isə həddən artıq ağır ifadələrinə, söyüşlərinə görə Qabilin öz-özünü “yoxa çıxartdığı”, daha doğrusu, gizləndiyini bildirib.

Избранный
30
15
publika.az

10Источники