RU

Türkiyə futbolu: 17 hakim, 1 klub prezident həbs edildi

İstanbul Baş Prokurorluğu futbol hakimlərinin mərc kontorlarında oyunlara mərc etməsi ilə bağlı işdə 21 şübhəli şəxsdən 18-i üçün həbs qərarı verib. 

Sportal.az “Anadolu Xəbər Agentliyinə” istinadən xəbər verir ki, Super Liqa klubunun prezidenti də həbs olunanlar arasındadır. 

Daha əvvəl Türkiyə Futbol Federasiyası 149 peşəkar hakimi səkkiz aydan bir ilə qədər müddətə oyunlardan kənarlaşdırmışdı.

Federasiya prezidenti İbrahim Hacıosmanoğlu yerli futbolda "mənəvi böhran" olduğunu bildirib. O əlavə edib ki, hakimlərlə bağlı aparılan araşdırma zamanı onlardan 42-nin oyunlara 1000-dən çox, birinin isə 18,227 mərc etdiyi aşkar edilib. Bir çox hallarda mərc oyunları yalnız birdəfəlik edilib.

saytlarin hazirlanmasi

Избранный
28
1
sportal.az

2Источники