RU

OPEK Fondu Azərbaycanda "yaşıl" layihələr portfelini genişləndirməyi planlaşdırır - əl-Xəlifə (Özəl müsahibə)

Bakı. Trend:

OPEK İnkişaf Fondu qarşıdakı illərdə Azərbaycanda “yaşıl”layihələr portfelini genişləndirməyə hazırlaşır.

Bunu Trend-ə özəlmüsahibədə Fondun prezidenti Əbdülhəmid əl-Xəlifə deyib.

Onun sözlərinə görə, OPEK Fondu Mərkəzi Asiya ölkələrinəgöstərilən dəstəyin həcmini artırır. Hazırda fondun öhdəliklərininümumi dəyəri 1 milyard ABŞ dollarını ötür və buna dövlət və özəlsektor kreditləri, eləcə də qrantlar daxildir.

“Bundan əlavə, Fond Azərbaycandakı fəaliyyətini genişləndirməyiplanlaşdırır və yaxın üç il ərzində inkişaf layihələrininmaliyyələşdirilməsi üçün 1 milyard ABŞ dollarına qədər vəsaitayıracaq. Bu vəsait su təchizatı və sanitariya sistemlərinə yeniinvestisiyaların dəstəklənməsi, nəqliyyat infrastrukturununinkişafı və dayanıqlı, müasir şəhərlərin yaradılması məqsədiləayrılacaq”,- deyə Əbdülhəmid əl-Xəlifə bildirib.

O qeyd edib ki, fondun regiondakı əsas vəzifəsi ölkələrindayanıqlı və inklüziv inkişafına töhfə vermək, maliyyə və texnikiresurslarını regionun prioritetlərinə və hər bir ölkənin konkretehtiyaclarına yönəltməkdir.

“Biz üç qarşılıqlı əlaqəli məqsədə çatmağa çalışırıq. Birincisi,nəqliyyat, enerji və su infrastrukturunun əlaqəliliyini artırmaqlayeni iqtisadi imkanlar açmaqdır. İkincisi, enerji keçidinə və iqlimdəyişikliyinə qarşı dayanıqlığın gücləndirilməsinə əhəmiyyətlitöhfə verməkdir. Üçüncüsü isə özəl sektorun maliyyələşdirilməsiniartırmaq və kiçik və orta müəssisələrin dayanıqlı və inklüziv gəlirmənbələrinə çıxışını genişləndirməkdir”, - deyə o əlavə edib.

Əbdülhəmid əl-Xəlifə vurğulayıb ki, fond regionun insanları vəiqtisadiyyatı üçün uzunmüddətli müsbət təsir göstərməyəçalışır.

“Biz artıq Qazaxıstan və Türkmənistanla (2024-cü ildəimzalanıb), eləcə də Azərbaycanla (2025-ci ildə imzalanıb) yeniçərçivə tərəfdaşlıq sazişləri bağlamışıq. Bundan başqa,Tacikistanla 100 milyon ABŞ dolları məbləğində kreditin verilməsinivə 3600 MVt gücündə Roqun Su Elektrik Stansiyasının tikintisininbirgə maliyyələşdirilməsini nəzərdə tutan Çərçivə MaliyyələşdirməMemorandumu qüvvədədir. Tikinti başa çatdıqdan sonra 335 metrhündürlüyə malik bənd dünyada ən yüksək bənd olacaq”, – deyə obildirib.

Fondun prezidenti vurğulayıb ki, son illərdə Azərbaycan büdcəidarəçiliyinin səmərəliliyi və iri infrastruktur investisiyalarısayəsində əhəmiyyətli iqtisadi artıma nail olub.

“Bu irəliləyişi əsas götürərək, məqsədimiz ölkəyəiqtisadiyyatını dayanıqlı inkişaf istiqamətində şaxələndirməkdəkömək etmək, özəl sektoru maliyyə resurslarına çıxışınyaxşılaşdırılması və yerli və beynəlxalq tərtibatçılarla əməkdaşlıqçərçivəsində bərpa olunan enerji sahəsində potensialın artırılmasıyolu ilə gücləndirməkdir”, - deyə o qeyd edib.

Əbdülhəmid əl-Xəlifə əlavə edib ki, OPEK Fondu ilə Azərbaycanhökuməti arasında 2025-ci ilin iyun ayında imzalanmış Ölkə üzrəTərəfdaşlıq Çərçivə Proqramı orta müddətli əməkdaşlıqprioritetlərini müəyyənləşdirir.

Bu proqram bərpa olunan enerji mənbələrinin inkişafına, müasirvə dayanıqlı infrastrukturun yaradılmasına, su təchizatı vəsanitariya sistemlərinin təkmilləşdirilməsinə, nəqliyyatəlaqələrinin inkişafına, özəl sektorun dəstəklənməsinə və rahatşəhər mühitinin formalaşdırılmasına yönəlib.

“Hazırda biz tərəfdaşlarımızla birlikdə bu sahələrdə investisiyapaketinin müəyyənləşdirilməsi və hazırlanması üzərində işləyirik,layihələrin Azərbaycanın milli inkişaf və iqlim strategiyalarınatam uyğunluğunu təmin edirik”,- deyə o bildirib.

Əbdülhəmid əl-Xəlifə qeyd edib ki, 1 milyard ABŞ dollarına qədəryeni maliyyələşdirmə təmiz suya və sanitariyaya çıxışıngenişləndirilməsi, nəqliyyat şəbəkələrinin və şəhər xidmətlərinintəkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması, eləcə dədayanıqlı mobillik və infrastrukturun dəstəklənməsi üçün istifadəolunacaq – bunlar inklüziv, “yaşıl” və dayanıqlı şəhərlərin əsaselementləridir.

“Biz, həmçinin, innovasiyaların və məşğulluğun əsashərəkətverici qüvvəsi olan özəl sektoru, xüsusilə mikro, kiçik vəorta biznesi dəstəkləməyə davam edəcəyik. Texniki yardım vəpotensialın artırılması tədbirləri bu investisiyaları tamamlayacaq,milli qurumlara layihələri effektiv şəkildə planlaşdırmaq və həyatakeçirməkdə kömək edəcək”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, səfər zamanı ölkədə artıq həyata keçirilənəsas layihələrdən biri – Səudiyyə Ərəbistanının “ACWA Power”şirkəti tərəfindən hazırlanmış və OPEK Fondunun 50 milyon ABŞdolları həcmində krediti hesabına birgə maliyyələşdirilənQobustandakı “Area-1” külək elektrik stansiyasına yatırılaninvestisiyaların effektivliyini görmək imkanı olub.

“Bu obyekt 240,5 MVt gücündə Xızı–Abşeron külək energetikasılayihəsinin bir hissəsidir və bu, Azərbaycanda bərpa olunan enerjimənbələri sahəsində ilk iri miqyaslı müstəqil investisiyadır.Layihə ildə 907 QVt- saat təmiz elektrik enerjisi istehsal etməyə,300 mindən çox ev təsərrüfatını enerji ilə təmin etməyə və illikkarbon qazı emissiyalarını təxminən 400 min ton azaltmağa imkanverir”, – deyə o bildirib.

Əbdülhəmid əl-Xəlifə vurğulayıb ki, OPEK Fondunun Azərbaycanın“yaşıl” enerji keçidinə dəstəyi məqsədyönlü və sistemlidir. Artıq“yaşıl keçid” planının hazırlanmasına dair texniki yardım proqramıişə salınıb və bu çərçivədə fond hökumətə islahatlarınhazırlanmasında, investisiya imkanlarının qiymətləndirilməsində vəekoloji baxımdan dayanıqlı infrastrukturun qurulması potensialınıngücləndirilməsində kömək göstərir. Həmçinin, “ACWA Power” şirkətiilə əməkdaşlıq davam edir və ölkədə iqlim yönümlü investisiyalarıngenişləndirilməsi istiqamətində fəal iş aparılır.

“OPEK Fondu təmiz enerji, infrastruktur və dayanıqlı gəlirmənbələri sahələrinə vəsait cəlb etməyə davam edəcək. BizAzərbaycanı yalnız indi deyil, qarşıdakı illərdə də “yaşıl”layihələr portfelinin genişləndirilməsi istiqamətindədəstəkləyəcəyik. Azərbaycan hökuməti, özəl sektor, eləcə də ƏrəbKoordinasiya Qrupu və digər çoxtərəfli təşkilatlar da daxil olmaqlabeynəlxalq tərəfdaşlarla əməkdaşlığa açığıq ki, ölkənin effektiv,genişmiqyaslı və dayanıqlı “yaşıl” keçidini təmin edək”, - deyə ovurğulayıb.

Qeyd edək ki, OPEK Fondunun Azərbaycanla tərəfdaşlığı 2003-cüildən başlayıb və kənd təsərrüfatı, energetika, infrastruktur vəözəl sektorun inkişafı sahələrində layihələrin dəstəklənməsiniəhatə edir.

OPEK Fondu – müstəsna olaraq üzv ölkələrdən toplanan vəsaithesabına OPEK-ə daxil olmayan ölkələrə maliyyə dəstəyi göstərənqlobal mandatlı yeganə beynəlxalq təşkilatdır. Qurum inkişafetməkdə olan ölkələrlə və beynəlxalq ictimaiyyətlə əməkdaşlıqedərək, aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımı və sosialtərəqqini təşviq edir.

Məqalədə:
Избранный
52
1
az.trend.az

2Источники