RU

Neftimiz bu gün neçəyə satılır?

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Gundem.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,63 ABŞ dolları və ya 0,96% azalaraq 64,8 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 65,43 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Избранный
20
23
gundem.az

10Источники