RU

Odessada enerji infrastrukturu vuruldu — Rusiyanın PUA hücumu  

Rusiya ordusu bu gecə Odessa vilayətinin enerji infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Məlumata görə, Ukrayna HHM qüvvələri dronların əksəriyyətini məhv etsə də, bir neçə hədəf energetika obyektlərinə düşüb.

Nəticədə: enerji infrastrukturu zədə alıb, anbar sahəsi və idarə binası da xəsarət görüb.

Zərər həcmi və enerji təminatında mümkün məhdudiyyətlər araşdırılır.

Məlumatlara görə, ölən və yaralanan yoxdur.

Musavat.com

Избранный
21
musavat.com

1Источники