ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya prezidenti Əhməd Əl-Şaraa ilə görüşəcək. Bu, Suriya liderinin Ağ Evə ilk səfəri olacaq.
Ağ Evin sözçüsü Karoline Leavitt deyib ki, bu görüş prezidentin sülhə nail olmaq üçün bütün dünyada hər kəslə görüşmək üçün diplomatik səylərinin bir hissəsidir. Prezident Trampın Yaxın Şərq səfəri zamanı Suriyaya qarşı sanksiyaları ləğv edərək "tarixi addım" atdığını qeyd edən Leavitt administrasiyanın bu mövzuda əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib.
Politoloq Əlimusa İbrahimov Bakıvaxtı.az-a deyib ki, Suriya prezidenti Əhməd Əl-Şaraanın ABŞ-yə səfəri Əsəd rejiminin süqutundan sonra ABŞ ilə münasibətlərdə tarixi dönüş nöqtəsi olacaq.
Ekspertə görə, səfərin məqsədi əlaqələri tam normallaşdırmaq, iqtisadi yenidənqurmanı təmin etmək və yeni təhlükəsizlik münasibətləriı qurmaqdır.Ə.İbrahimovun sözlərinə görə, Suriyanın səfərdən əsas məqsədləri sanksiyaların daimi ləğvinə nail olmaq, Suriyanın İŞİD əleyhinə koalisiyaya daxil edilməsini rəsmiləşdirmək və müharibədən sonrakı yenidənqurma üçün dəstək və investisiya təmin etməkdir. Həmçinin, Şaraa hökuməti Suriya və İsrail arasında təhlükəsizlik müqaviləsini hazırlamaq niyyətindədir.

Əlimusa İbrahimov: Səfər Suriya-ABŞ münasibətlərdə tarixi dönüş nöqtəsi olacaq
Müsahibimiz qeyd edib ki, Suriya rəhbərliyi beynəlxalq legitimlik qazanmaq və diplomatik təcridə son qoymaq istəyir. Şaraa Amerikanın dəstəyi ilə İranın bölgədəki təsirinin qarşısını almış olacaq:"Suriya dövlət başçısı daxili təhlükəsizlik problemlərini həll etmək, terrorizmin yenidən canlanmasının qarşısını almaq üçün Suriyaya dəstək əldə etməyə çalışır".
Aydın Baxış
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.