RU

ABL: "Quba" "Sərhədçi"yə, "Naxçıvan" "Ordu"ya qarşı

Azərbaycan Basketbol Liqasında 6-cı turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dünən bir oyunla start götürən turun ikinci günündə daha iki qarşılaşma baş tutacaq. 

Əvvəlcə "Quba" doğma meydanda "Sərhədçi"ni qəbul edəcək. B qrupunun autsayderlərinin görüşü Quba Olimpiya İdman Kompleksində keçiriləcək və saat 15:00-da start götürəcək. 

"Quba" 7 xalla 4-cü pillədə qərarlaşıb. 6 xala malik "Sərhədçi" isə beşinci yerdədir.

B qrupunun digər görüşü "Naxçıvan" ilə "Ordu" arasında keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq matç saat 19:00-da start götürəcək. 

"Ordu" 10 xalla qrup lideridir. 9 xala malik "Naxçıvan" isə ikincidir.

Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Sumqayıt" səfərdə "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.

Azərbaycan Basketbol Liqası
6-cı tur
7 noyabr

15:00. Quba - Sərhədçi
Quba. Olimpiya İdman Kompleksi.

19:00. Naxçıvan - Ordu
Bakı. İdman Sarayı

Turun qalan oyunları həftəsonu keçiriləcək:

8 noyabr

14:00. Gəncə - NTD

9 noyabr 

14:00. Şəki - Abşeron 
18:00. Neftçi - Sabah

A qrupu

1. Sabah 5 5 0 +132 10
2. Abşeron Lions 5 4 1 +21 9
3. Şəki 5 2 3 -33 7
4. Neftçi 4 2 2 +36 6
5. Gəncə 4 1 3 -30 5
6. NTD 5 0 5 -126 5

B qrupu

1. Ordu 5 5 0 +100 10
2. Naxçıvan 5 4 1 +28 9
3. Sumqayıt 6 2 4 -62 8
4. Lənkəran 6 2 4 -16 7
5. Quba 5 2 3 -19 7
6. Sərhədçi 5 1 4 -31 6

Избранный
27
1
fanat.az

2Источники