RU

"Neft Daşları"nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

Bakı. Trend:

"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan bu ilinnoyabrın 1-dək 181,8 milyon ton neft hasil edilib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə yataqdan 14,2 milyard kubmetrqaz hasil edilib.

Qeyd edək ki, “Neft Daşları” - dənizdə salınan ilk neft şəhərivə açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığıməkandır. 7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neftAzərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasınıqoydu. Həmin gündən etibarən “Neft Daşları” ölkəmizin neft-qazsənayesinin inkişafında mühüm rol oynayır.

Məqalədə:
Избранный
45
3
az.trend.az

5Источники