RU

Özbəkistan ABŞ-yə milyardla dollar investisiya qoyur

Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth" hesabındaməlumatverib. O, razılaşmanı"inanılmaz saziş"adlandırıb. Diqqətə çatdırıb ki, saziş çərçivəsində Özbəkistan ABŞ-yə qarşıdakı 3 il ərzində 35 milyard, növbəti 10 ildə isə100 milyard dollardan çox investisiyaqoyacaq.

"Vəsait əsasən ABŞ-də əsas sektorlara: dəyərli mineralların çıxarılması, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, energetika, kimya sənayesi, informasiya texnologiyaları və başqa sahələrə yönəldiləcək",– prezident yazıb.

Donald Tramp həmçinin özbək həmkarına öz minnətdarlığını bildirərək vurğulayıb ki, iki ölkə arasında uzun və səmərəli münasibətlərin formalaşacağına ümidlidir.

Firudin Həmidli
AzVision.az
Избранный
27
1
azvision.az

2Источники