RU

Şuşa sürətlə bərpa olunur, tarixi şöhrətini özünə qaytarır

Bakı. Trend:

Vətən müharibəsi günlərində Azərbaycan Ordusu tərəfindən şəhərvə rayonlarımızın işğaldan azad edilməsi 44 günlük savaşınəlamətdar hadisələrinə çevrildi. Bütün bunlar cəmiyyətimizdəki ruhyüksəkliyini daha da artırdı, düşmən üzərində tam qələbənin uzaqdaolmadığını göstərdi. 2020-ci il noyabr ayının 8-də Şuşanın azadedilməsi isə Vətən müharibəsinin həlledici mərhələsi oldu. Məhzbundan sonra Ermənistan rəhbərliyi məğlub olduqlarını anlayaraqkapitulsiya aktına qol çəkdi.

Şuşa Azərbaycan xalqının milli kimliyinin rəmzi, mədəni vəmənəvi sərvətidir. Təsadüfi deyil ki, Vətən müharibəsi günlərindəxalqımızın ən böyük gözləntilərindən biri Şuşanın azad olunmasıidi. 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziyakanalına müsahibəsində Prezident İlham Əliyev "Şuşasız bizim işimizyarımçıq olar" demişdi. Ona görə şəhər və kəndlərimizin azadedilməsi müjdələrini qürur və sevinc hissi ilə dinlədikcə, həm dəŞuşanın azad olunması xəbərini intizarla gözləyirdik. Müharibəgünlərində torpaqlarımızı azad etdikcə həm də Şuşaya doğrudayanmadan, inamla irəliləyən ordumuzun bölmələri xalqımızın buarzusunu noyabrın 8-də reallığa çevirdilər.

Ermənistanın hərbi siyasi rəhbərliyi Şuşanın ordumuz tərəfindənazad olunacağını təxmin belə edə bilmirdi. Həmin günlərdə düşmənŞuşanı daha da möhkəmləndirmiş, xüsusi təyinatlı bölmələri şəhərinmüdafiəsinə cəlb etmişdi. Lakin Azərbaycan Ordusu Şuşa uğrunda eləbir unikal döyüş əməliyyatı keçirdi ki, bütün dünyanı heyran qoydu.Məhz Şuşanın azad olunmasından sonra Ermənistan rəhbərliyimüharibədə məğlub olduqlarını dərk etdi.

Vətən müharibəsinin 42-ci günündə, noyabr ayının 8-də MüzəffərAli Baş Komandan, Prezident İlham Əliyevin Şəhidlər Xiyabanındanxalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsirespublikamızda bayrama döndü. İnsanlar əllərində bayraqlarla buhadisəni qeyd etmək üçün küçələrə axışdı. Milli mədəniyyətimizin,incəsənətimizin, musiqimizin, ədəbiyyatımızın məbədi, qürur yerimizolan Şuşanın azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə həkkolundu. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə əlaqədarxalqa müraicətində dediyi kimi 2020-ci il noyabrın 8-i Azərbaycantarixində əbədi qalacaqdır:

"İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi!Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbənidöyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycantarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizimşanlı Qələbəmizin, zəfərimizin günüdür!".

Dövlətimizin gücünün və milli qürurumuzun təntənəsinə çevrilənbu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı iləəbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixiəhəmiyyəti nəzərə alınaraq, noyabr ayının 8-i Zəfər Günü elanedildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşadabayrağımızı ucaltdı.

Təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan ŞuşaAzərbaycan xalqının möhtəşəm mədəni və mənəvi irsidir. Şuşa elə birəzəmətli tarixdir ki, 28 ildən artıq işğal dövründə işğalçılar butarixi dəyişdirə, erməniləşdirə bilmədilər. Şuşa heç vaxt yadlarıqəbul etmədi. Prezident İlham Əliyevin dediyi kimi işğalabaxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi:

"Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görürki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağırvəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədənilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonragəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmışvəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanındirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqdasizə məlumat veriləcək".

Artıq 5 ildir ki, Şuşa yenidən qurulur, keçmiş şöhrətini, ocümlədən mədəni ənənələrini özünə qaytarır. Prezident İlham Əliyevbu müddətdə dəfələrlə Şuşaya səfər edib və bu səfərlərin hər birişəhərin həyatında dərin iz buraxıb. Müzəffər Ali Baş KomandanınŞuşaya 2021-ci ilin yanvar ayında etdiyi ilk səfər zamanıXurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərininöz yerlərinə qoyulması ilə başlanan bərpa və quruculuq işləri bugün də vüsətlə davam edir. Şəhərdə xalqımızın tarixi-mədəni irsibərpa edilir, yeni infrastrukturlar yaradılır, həm də yeni yaşayışkompleksləri inşa olunur.

Şair və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərəkompleksində təmir-bərpa və yenidənqurma işlərinin aparılması, ocümlədən Vaqifin büstünün və görkəmli bəstəkarımız ÜzeyirHacıbəylinin heykəlinin qoyulması, Xalq artisti Bülbülün ev-muzeyibərpası şəhərin mədəni irsinin dirçəldilməsi istiqamətində həyatakeçirilən ilk layihələrdir. Şəhərdəki tarixi, mədəni və diniabidələrdən Şirin su hamamı, Mamayı, Aşağı Gövhər Ağa, YuxarıGövhər Ağa, Saatlı, Çöl Qala məscidləri, Mehmandarovların malikanəkompleksi bərpa edilib. Şuşanın mədəni və dini abidələrinin yenidənqurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüslərixüsusi qeyd edilməlidir. Şəhərin azad edilməsindən sonra yenidənkeçirilən “Xarıbülbül” festivalı, o cümlədən Vaqif Poeziya GünləriŞuşanın mədəni dirçəlişinin təcəssümüdür.

Şuşanın infrastrukturuna gəldikdə, indiyə kimi şəhərdə “Şuşa”yarımstansiyası, Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi,Şuşa sutəmizləyici qurğular kompleksi, Dövlət Xidmətləri Mərkəzi, 1nömrəli tam orta məktəb, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi,“Xarıbülbül”, “Qarabağ, “Yasəmən” hotelləri, Şuşa Otel-KonqresMərkəzi Kompleksi, “İsa bulağı” istirahət kompleksi istifadəyəverilib, Bayraq Meydanının açılışı olub. Şəhərin su təchizatısistemi də yenidən qurulub, Zəfər yolu və Əhmədbəyli-Füzuli-Şuşayolları istifadəyə verilib.

Şuşa həm də mühüm tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib.İndiyədək burada Dünya Azərbaycanlılarının V Qurultayı, TürkDövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvəgörüşü, müxtəlif beynəlxalq tədbirlər keçirilib. Şuşada QlobalMedia Forumunun keçirilməsi isə artıq ənənə halını alıb.

Dirçələn və tarixi şöhrətini bərpa edən Şuşa Böyük Qayıdışınünvanıdır. 2024-cü ilin may ayında Şuşada birinci yaşayışkompleksinin açılışı olub və doğma sakinləri şəhərə qayıdıblar.

Şuşanın azad edilməsi tək Vətən müharibəsinin deyil, tariximizinböyük hadisəsidir. Bu şəhər Azərbaycan üçün tarixi, milli, mədəniəhəmiyyət daşıyır. Şuşa xalqımızın yüksək mənəvi dəyəridir. Onagörə də Prezident İlham Əliyev sərəncamı ilə 2022-ci il AzərbaycanRespublikasında “Şuşa İli” elan edildi. Şuşanın Azərbaycan dövlətivə xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq, Milli Məclistərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərihaqqında” qanun da qəbul olunub.

Şuşanın azad edilməsi Türk və İslam dünyası üçün də müstəsnaəhəmiyyət kəsb etdi. Şuşanın 2023-cü il üçün “Türk dünyasınınmədəniyyət paytaxtı”, 2024-cü il üçün “İslam dünyasının mədəniyyətpaytaxtı” elan olunması bunun aydın təcəssümüdür. 2023-cü ilinoktyabrında İranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzvölkələrin turizm nazirlərinin 5-ci iclasında isə Şuşa 2026-cı ilüçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elanolunub.

Noyabrın 8-i həm də Şuşa şəhəri Günüdür. Azərbaycanın mədəniyyətpaytaxtı azadlığının 5-ci ilini və Şuşa şəhəri Gününü təntənə vəqürurla ilə qarşılayır. Ötən 5 ildə şəhərdə aparılan bərpa vəquruculuq işləri göstərir ki, Prezident İlham Əliyevin xüsusidiqqət və qayğısının nəticəsi olaraq, Şuşa tezliklə nəinkirespublikamızın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinəçevriləcək.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Избранный
2
8
az.trend.az

9Источники