RU

Xərçəngin yenidən yaranması hansı amillərlə əlaqədar ola bilər? - Rusiyalı həkim izah edir

Tanınmış rusiyalı həkim Yevgeni Çeremuşkin xərçəng xəstəliyinin təkrarlanmasının mümkün səbəblərini izah edib.
 
Moderator.az xəbər verir ki, həkim aif.ru-ya verdiyi müsahibəsində onkologiya sahəsində "tam sağalma" anlayışının mövcud olmadığını vurğulayıb.
 
O bildirib ki, bədəndə şiş yarandıqda hüceyrələr ilkin lezyon əmələ gətirir və parçalanmağa başlayır. Normal halda hər bir hüceyrə öz funksiyasını yerinə yetirir və lazımsız yerə bölünmür. Şiş hüceyrələri isə əksinə, aktiv şəkildə çoxalır və sağlam toxumalara xas funksiyaları yerinə yetirmir.
 
Mütəxəssisin sözlərinə görə, belə hüceyrələr təkcə immunitet sistemi üçün deyil, həm də digər müalicə üsulları üçün "əlçatmaz" olur. Bu da xəstəliyin təkrarlanmasına səbəb ola bilər.
 
Çeremuşkin əlavə edib ki, xərçəngin yenidən yaranması genetik meyillə yanaşı, digər amillərlə də əlaqədar ola bilər. /oxu.az/
 
Избранный
49
1
moderator.az

2Источники