RU

Beyləqanda ata 31 min manat aliment borcuna görə həbs olundu

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Beyləqanda övladlarına aliment verməyən kişi həbs edilib.Oxu.Az xəbər verir ki, rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə qurub. Cütlüyün birgə nikahdan iki azyaşlı övladı dünyaya gəlib. Onlar 2018-ci ildə boşanıblar və məhkəmə hər uşağa aylıq 250 manat olmaqla, ümumilikdə 500 manat aliment ödənilməsinə qərar verib.Lakin Seymur Quliyev müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınıb. Nəticədə, qadın övladlarının alimenti ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Quliyev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.Beyləqan Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Seymur Quliyevin ümumilikdə 31 min manat məbləğində aliment borcu yaranıb və o bu borcu ödəməkdən imtina edib.Məhkəmənin hökmü ilə S.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
7
demokrat.az

9Источники