Çempionlar Liqasında 4 tura 7 xal toplayan "Qarabağ" mövsümün ən böyük sürpriz komandalarından biri hesab olunur.
Offsideplus.az xəbər verir ki, "Football Meets Data" analitika saytı Ağdam təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanacaq komandalardan biri olacağını təxmin edir. "Qarabağ" liqa mərhələsindən çıxsa, böyük ehtimalla aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
6.7% "Borussiya" (Dortmund)
6.7% "Atletiko" (Madrid)
6.3% "Qalatasaray"
6.3% "Sportinq"
6.0% "Tottenhem"
5.9% "Atalanta"
5.9% "Çelsi"
5.5% "Nyukasl Yunayted"
4.8% "Barselona"
4.7% "Bayer" (Leverkuzen)
4.5% "Yuventus"
4.2% "Monako"
4.2% "Napoli"