AZ

“Qarabağ” pley-offa çıxsa, rəqibi hansı komanda ola bilər?

Çempionlar Liqasında 4 tura 7 xal toplayan "Qarabağ"  mövsümün ən böyük sürpriz komandalarından biri hesab olunur. 

Milli.Az xəbər verir ki, "Football Meets Data" analitika saytı Ağdam təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanacaq komandalardan biri olacağını təxmin edir.

"Qarabağ" liqa mərhələsindən çıxsa, böyük ehtimalla aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:

6.7% "Borussiya" (Dortmund)

6.7% "Atletiko" (Madrid)

6.3% "Qalatasaray" 

6.3% "Sportinq"

6.0% "Tottenhem"

5.9% "Atalanta"

5.9% "Çelsi"

5.5% "Nyukasl Yunayted"

4.8% "Barselona"

4.7% "Bayer" (Leverkuzen)

4.5% "Yuventus"

4.2% "Monako" 

4.2% "Napoli"/Offsideplus.az

Milli.Az

Seçilən
9
4
milli.az

5Mənbələr