RU

TRIPP layihəsi Orta Dəhlizin inkişafına töhfə verə bilər - Tokayev

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞPrezidenti Donald Trampla keçirdiyi görüşdə ABŞ-ın sülhməramlıtəşəbbüslərini və TRIPP (Beynəlxalq Sülh və Rifah üçün TrampMarşrutu) layihəsini dəstəklədiyini bəyan edib.

Trend xəbər verirki, Tokayev layihənin Orta Dəhlizin inkişafına və regionalsabitliyə töhfə verəcəyini bildirib. “ABŞ Prezidenti dahatəhlükəsiz, sabit və çiçəklənən bir dünyanın təmin edilməsinəhəlledici töhfə verir”, – deyə Qazaxıstan lideri vurğulayıb.

Donald Tramp isə öz növbəsində ABŞ-nin Qazaxıstanla çoxşaxəli vəgenişləndirilmiş strateji tərəfdaşlığı daha da möhkəmləndirməkəzmində olduğunu qeyd edib.

Görüş zamanı tərəflər iki ölkə arasında ümumi dəyəri 17 milyarddollardan artıq olan kommersiya razılaşmalarının imzalanmasını damüzakirə ediblər. Həmçinin qarşılıqlı əməkdaşlığın perspektivistiqamətləri və regional inteqrasiyanın dərinləşdirilməsiməsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidentiİlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞPrezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddəregional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin(“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununlayanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və DövlətlərarasıMünasibətlər haqqında” Sazişi paraflayıblar.

Избранный
81
2
az.trend.az

3Источники