RU

ABŞ hərbi bazanı ələ keçirmək istəyir

ABŞ

ABŞ ordusu Dəməşqdəki adı açıqlanmayan bir hərbi hava bazada öz nümayəndələrini yerləşdirməyi planlaşdırır. Məqsəd - Vaşinqtonun Suriya ilə İsrail arasında təhlükəsizlik paktı bağlamaq üçün vasitəçilik səylərini dəstəkləməkdir.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Mənbələrin, o cümlədən iki Qərb rəsmisi və Suriya Müdafiə Nazirliyi nümayəndəsinin verdiyi məlumata görə, baza logistika, müşahidə, yanacaqdoldurma və humanitar əməliyyatlar üçün istifadə olunacaq, lakin onun tam suverenliyi Suriyada qalacaq.

360.ru saytı isə yazır ki, amerikalılar Suriya ilə İsrail arasında hücuma qarşı sazişin yerinə yetirilməsinə, o cümlədən ölkənin cənubunda demilitarizasiya zonası yaradılmasına nəzarət etməyi planlaşdırırlar.

Mənbələrdən birinin sözlərinə görə, Vaşinqton Suriyaya ilin sonuna qədər, bəlkə də prezident Əhməd əş-Şaraanın Vaşinqtona səfərinədək razılaşmaya nail olmaq üçün təzyiq göstərir.

Plan 2025-ci il sentyabrın 12-də Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri admiral Bred Kuperin Dəməşqə səfəri zamanı müzakirə olunub. Son iki ay ərzində Pentaqon bir neçə kəşfiyyat missiyası həyata keçirib, o cümlədən C-130 nəqliyyat təyyarələrinin uçuş-enmə zolağını yoxlamaq üçün enişləri baş tutub.

ABŞ administrasiyasındakı mənbə bildirib: “Biz Suriyadakı mövqeyimizi İŞİD-lə effektiv mübarizə üçün daim qiymətləndiririk və qüvvələrimizin fəaliyyət göstərdiyi mümkün yerləri şərh etmirik”.

Suriyanın prezidenti Əhməd əş-Şaraa noyabrın 10-da Ağ evi ziyarət edəcək. ABŞ ordusunun Dəməşq bölgəsindəki hava bazasından istifadə məsələsi danışıqların əsas mövzularından biri ola bilər.

E. KAMAL
Избранный
51
13
reyting.az

10Источники