RU

Daniele De Rossi – “Cenoa”nın yeni baş məşqçisi! - ARENA.AZ

İtaliyalı futbol mütəxəssisi Daniele De Rossi A Seriyasında mübarizə aparan “Cenoa” komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma tərəflərin ən azı mövsümün sonunadək anlaşdığı şübhə doğurmur.

De Rossi “Cenoa”da bir neçə gün öncə istefaya göndərilmiş Patrik Vieyranı əvəz edib.

Patrik Vieyra “Cenoa”ya 2024-cü ilin noyabr ayında baş məşqçi təyin olunmuşdu. O, Genuya komandasını bütövlükdə 37 oyuna çıxarıb. Komanda bu oyunlarda 10 qələbə, 12 heç-heçə və 15 məğlubiyyət görüb.

“Cenoa” A Seriyasının cari mövsümündə keçirdiyi 10 oyunda cəmi qələbə qazanıb, o da Vieyranın istefasından sonraya təsadüf edib. Digər oyunlarda 3 heç-heçəsi olan genuyalılar 6 görüşdə də məğlub olublar. Komanda 20 iştirakçı arasında 6 xalla 18-ci pillədə qərarlaşıb.

Daniele De Rossi məşqçilik kayerasına 2022-ci ildə SPAL-da başlayıb. 2024-cü ildə ona doğma olan “Roma”da da baş məşqçi olmuş italiyalı mütəxəssis “canavarlar”dan ayrılandan bəri işsiz idi.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
11
23
arena.az

10Источники