RU

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazla görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya FederativRespublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasıçərçivəsində Türkiyə Respublikasının Vitse-prezidenti CevdetYılmazla görüşüb.

Trend xəbər verirki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələrşöbəsi məlumat yayıb.

Görüşdə ötən il COP29-un Bakıda yüksək səviyyədə təşkilolunduğunu söyləyən Cevdet Yılmaz, COP29 zamanı mühüm qərarlarınqəbul olunduğunu bildirib. O, qardaş Türkiyənin bu tədbirdə fəaliştirak etdiyini xatırladıb.

Türkiyə Respublikasının Vitse-prezidenti 8 noyabr - Zəfər Günümünasibətilə təbriklərini çatdıraraq, bu böyük zəfər nəticəsindəAzərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini söyləyib.

Milli Məclisin sədri qeyd edib ki, dost və qardaş ölkələrimizarasında münasibətlər Ulu Öndər Heydər Əliyevin “Bir millət, ikidövlət” prinsipi əsasında inkişaf edir və qardaş ölkələrimiz bütünməsələlərdə bir-birini daim dəstəkləyir. Söhbət zamanı əlaqələrinbu səviyyəyə gəlib çatmasında dövlət başçılarımızın müstəsna roluqeyd edilərək, onların şəxsi dostluğunun və qardaşlığının, siyasiiradəsinin və qətiyyətinin münasibətlərin hazırki yüksək səviyyədəolmasını təmin etdiyi bildirilib.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərinTürk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın, o cümlədən,təşkilatın daha da gücləndirilməsinə töhfə verdiyi diqqətəçatdırılıb. Eyni zamanda, bu əlaqələrin fonundaAzərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvəsinin önəmi qeydedilib.

Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşməsindəparlamentlər arasında dialoqun vacib əhəmiyyət kəsb etdiyinivurğulayaraq, bu mənada qardaş ölkələrimizin qanunvericilikorqanları arasında əlaqələrin də yüksək səviyyədə olmasındanməmnunluqlarını bildiriblər.

Söhbət zamanı qeyd olunub ki, Azərbaycan və Ermənistan arasındanormallaşma prosesi regiona uzunmüddətli sülh, sabitlik və rifahıngəlməsinə müsbət təsir göstərəcək.

Milli
Milli
Избранный
60
30
az.trend.az

10Источники