Bakı. Trend:
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinintəşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümümünasibətilə Madrid şəhərinin mərkəzində “Sülhün səsi” adlı konsertproqramı keçirilib.
Səfirlikdən Trend-ə bildirilib ki, konsertdə Azərbaycanın tanınmıştarzəni, Əməkdar artist Şəhriyar İmanov və pianoçu, caz ustası,bəstəkar Etibar Əsədli zəngin musiqi proqramı ilə çıxış ediblər.Onların ifası salonda böyük coşqu yaradıb, tamaşaçılar tərəfindəngurultulu alqışlarla qarşılanıb. Tədbirin qonaqları Azərbaycanınzəngin musiqisini, caz-muğam üslubunda improvizasiyalarıdinləməkdən xüsusi zövq alıblar.
Tədbirin açılışında söz alan səfir Ramiz Həsənov qeyd edib ki, 8noyabr tarixi Azərbaycan xalqının yaddaşında ədalətin bərpaolunduğu, ərazi bütövlüyünün təmin edildiyi əlamətdar gündür. BuZəfər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurluxarici və daxili siyasətin davamı olaraq Prezident İlham Əliyevinuzaqgörən rəhbərliyi, xalqın həmrəyliyi, ordumuzun qəhrəmanlığı vəfədakarlığı sayəsində əldə olunub.
Səfir vurğulayıb ki, beynəlxalq hüququn prinsiplərinə və BMTTəhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan özsuverenliyini və ərazi bütövlüyünü bərpa edərək, otuz ilə yaxındavam edən münaqişəyə son qoyub. Bu tarixi Qələbə regiona sülhə vəəməkdaşlığa əsaslanan yeni bir mərhələnin başlanğıcını gətirib.
Səfir diqqətə çatdırıb ki, 8 Noyabr Qələbəsi gələcək nəsillərinsülh və həmrəylik şəraitində yaşaması üçün dəyərli mirasdır. BuQələbə Azərbaycan xalqının milli birliyi və sarsılmaz iradəsininrəmzi olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma vəəməkdaşlıq ruhunun təcəssümüdür.
Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və ƏməkdaşlıqNazirliyinin yüksək vəzifəli diplomatları, parlament üzvləri,dövlət qurumlarının rəsmiləri, diplomatik korpus və beynəlxalqtəşkilatların nümayəndələri, Madrid şəhər bələdiyyəsinin rəsmiləri,yerli ictimai-siyasi xadimlər, Azərbaycan icmasının üzvləri vəmədəniyyət xadimləri olmaqla 200 nəfərdən çox qonaq iştirakedib.
Konsert proqramından sonra iştirakçılar üçün dostluq və səmimiünsiyyət mühitində qəbul təşkil olunub.