Bakı. Trend:
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinintəşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümümünasibətilə Madrid şəhərinin mərkəzində “Sülhün səsi” adlı konsertproqramı keçirilib.
Trendxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İspaniyaKrallığındakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, konsertdə Azərbaycanın tanınmış tarzəni, Əməkdarartist Şəhriyar İmanov və pianoçu, caz ustası, bəstəkar EtibarƏsədli zəngin musiqi proqramı ilə çıxış ediblər. Onların ifasısalonda böyük coşğu yaradıb, tamaşaçılar tərəfindən gurultulualqışlarla qarşılanıb. Tədbirin qonaqları Azərbaycanın zənginmusiqisini, Caz-Muğam üslubunda improvizasiyaları dinləməkdənxüsusi zövq alıblar.
Tədbirin açılışında söz alan səfir Ramiz Həsənov qeyd edib ki, 8noyabr tarixi Azərbaycan xalqının yaddaşında ədalətin bərpaolunduğu, ərazi bütövlüyünün təmin edildiyi əlamətdar gündür. Obildirib ki, bu Zəfər əsası Ulu öndər Heydər Əliyev tərəfindənqoyulmuş uğurlu xarici və daxili siyasətin davamı olaraq Prezidentİlham Əliyevin uzaqgörən rəhbərliyi, xalqın həmrəyliyi, ordumuzunqəhrəmanlığı və fədakarlığı sayəsində əldə olunub.
Səfir vurğulayıb ki, beynəlxalq hüququn prinsiplərinə və BMTTəhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan özsuverenliyini və ərazi bütövlüyünü bərpa edərək, otuz ilə yaxındavam edən münaqişəyə son qoyub. Bu tarixi Qələbə regiona sülhə vəəməkdaşlığa əsaslanan yeni bir mərhələnin başlanğıcını gətirib.
O, həmçinin 8 avqust 2025-ci il tarixində Azərbaycan vəErmənistan arasında imzalanmış Birgə Bəyanat və sülh sazişininparaflanmasının bölgədə barışıq və normallaşma istiqamətindəatılmış ən mühüm addım olduğunu qeyd edib. Səfir əlavə edib ki,sülh və barışığın əsas təşəbbüskarı məhz Azərbaycan olub və bu günölkəmizin gələcəyə, regional əməkdaşlığa və sülhə yönəlikçağırışları beynəlxalq ictimaiyyət tərəfindən yüksəkqiymətləndirilir.
Səfir diqqətə çatdırıb ki, 8 Noyabr Qələbəsi gələcək nəsillərinsülh və həmrəylik şəraitində yaşaması üçün dəyərli mirasdır. BuQələbə Azərbaycan xalqının milli birliyi və sarsılmaz iradəsininrəmzi olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma vəəməkdaşlıq ruhunun təcəssümüdür.
Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və ƏməkdaşlıqNazirliyinin yüksək vəzifəli diplomatları, ispan parlamentininüzvləri, dövlət qurumlarının rəsmiləri, diplomatik korpus vəbeynəlxalq təşkilatların nümayəndələri, səfirlər, Madrid şəhərbələdiyyəsinin rəsmiləri, eləcə də yerli ictimaiyyətinictimai-siyasi xadimləri, Azərbaycan icmasının üzvləri vəmədəniyyət xadimləri olmaqla 200 nəfərdən çox qonaq iştirakedib.
Konsert proqramından sonra iştirakçılar üçün dostluq və səmimiünsiyyət mühitində qəbul təşkil olunub.