RU

Kommunal Laboratoriyalar MMC üçün qaz sayğaclarına texniki xidmət 1,5 milyon manata satın alınacaq

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən “Kommunal Laboratoriyalar” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün qaz sayğaclarına dövri və ya təkrar texniki xidmətin satınalınması planlaşdırılır.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ehtimal olunan qiymət 1.537.444,27 AZN təşkil edir.

Satınalma çərçivəsində sayğacların hesablama mexanizminin qapaqları üçün qurğuşun, maqnit mufta, nömrəli dişli çarxlar və plastik qapaqlar da daxil olmaqla 40.000 ədəd müxtəlif detal və komponent təmin ediləcək.

Избранный
47
1
nocomment.az

2Источники