RU

“Araz-Naxçıvan” “Benfika”ya rəqib oldu - ARENA.AZ

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, “Araz-Naxçıvan” Portuqaliyanın “Benkifa” komandası ilə qarşılaşacaq. Təmsilçimiz 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.

1/4 final mərhələsinin oyunları isə 23 fevral – 6 mart tarixlərində baş tutacaq.

Qeyd edək ki, futzal üzrə UEFA Çempionlar Liqası hazırkı formatda ilk dəfə təşkil olunub. Buna qədər əsas mərhələdən sonra elit-raund keçirilirdi.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
31
23
arena.az

10Источники