RU

ABŞ daxili siyasətində dəyişikliklər: Donald Tramp təsiri və respublikaçı partiyadakı tendensiyalar

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də respublikaçılar arasında Tramp istiqamətində narazılıq artmaqdadır.

Məsələn, keçmiş senator Jeff Flake respublikaçı partiyanın Tramp-mərkəzli kursundan uzaqlaşma meylləri olduğuna işarə edib.

Bildirilir ki, partiyanın gələcək seçkilərdə durumu və strategiyası bu meyllərdən təsirlənə bilər. ABŞ-nin xarici siyasətində də Tramp dönəminin təzahürləri və beynəlxalq təsirlər müzakirə olunur.

Maraqlıdır, Donald Tramp-ın rəhbərliyi Respublikaçı Partiyanın ideoloji xəttini necə dəyişib? Partiya indi hansı əsas dəyərlər üzərində qurulur?

Məsələ belədir ki, əslində, Donald Tramp-ın rəhbərliyi Respublikaçı Partiyanın ideoloji xəttində “təktonik” dəyişikliklər yaratdı.

Əgər partiya uzun illər azad bazar, fiskal məsuliyyət, irqçi olmayan milli kimlik, beynəlxalq liderlik və institusional mühafizəkarlıq fəlsəfəsinə söykənirdisə, Tramp dövründə bu xətt daha çox populist, millətçi, təsir mərkəzli və anti-establishment çalarlar aldı.

Dəyişikliklərə misal olaraq demək olar:

1)İdeoloji mühafizəkarlıqdan siyasi populizmə keçid

Daha dəqiq, əvvəllər prinsip yönümlü mühafizəkarlıq idi, indi isə şəxsiyyət yönümlü, emosional mobilizasiya edən populizm.

Digər bir misal olaraq isə Qlobal liderlikdən ‘America First’ milliçilik doktrinasına keçidi demək olar.

Yəni əvvəl qlobal təhlükəsizlik, müttəfiqliklər, NATO-mərkəzli sistem, indi isə “Öncə Amerika”, suverenlik, ticarət müharibələri, ittifaqlara şübhə ön plandadır.

Konkret demək lazımdırsa, Respublikaçı Partiya klassik sağdan millətçi-populist sağ-mərkəzə keçdi. Artıq bu, Romney və ya Bush partiyası deyi. Bu, “Tramp sonrası sağ kimliyin” partiyasıdır.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
icma.az

1Источники