2025-ci ilin üçüncü rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2389 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Marja xəbər verir ki? bu barədə "bp"nin Azərbaycandakı ofisi məlumat yayıb.
Qeyd edilib ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Xatırladaq ki, 2024-cü ilin çüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2401 nəfər, 2024-cü ilin sonunda isə 2413 nəfər olmuşdu.