RU

Ermənistan Hindistanla 4 milyardlıq silah sazişi imzalayacaq

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan Hindistanla müdafiə sahəsində 3,5–4 milyard dollar dəyərində anlaşma memorandumu imzalamaq ərəfəsindədir.

Bakupost.az xəbər verir ki, bu barədə Hindistanın “Republic World” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, razılaşma çərçivəsində əsas diqqət Ermənistanın hava hücumundan müdafiə sistemləri, raket kompleksləri və artilleriya imkanlarının modernləşdirilməsinə yönəldiləcək.

Bildirilir ki, saziş çərçivəsində xüsusilə yeni nəsil "Akash"-NG zenit–raket komplekslərinin Ermənistana satışı nəzərdə tutulur.

Daha əvvəl Hindistan Ermənistana qısa mənzilli "Akash" zenit–raket kompleksləri tədarük etmişdi. "Akash-NG" isə hava hücumundan müdafiə sistemi kimi istifadə edilə bilən daha uzaq mənzilli sistemdir.

Mənbələrin bildirdiyinə görə, Hindistan və Pakistan arasında baş vermiş toqquşmalardan sonra bu raketlərə maraq kəskin şəkildə artıb. Hazırda tərəflər BrahMos komponentlərinin Ermənistan ərazisində lisenziyalı yığılmasını nəzərdə tutan birgə istehsal sxemini işləyib hazırlayırlar.

Yeni müdafiə sazişi üzrə danışıqlar çərçivəsində Ermənistan həmçinin "Pinaka" çoxməqsədli raket sistemlərinin yeni partiyasını almaq imkanını da nəzərdən keçirir. 2023-cü ildə imzalanmış müqaviləyə əsasən, Hindistan artıq bu sistemlərin ilk partiyasını Ermənistana təhvil verib. Görünür, İrəvan əlavə tədarük sifariş etmək niyyətindədir.

2022-ci ildən bəri Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib və ölkəyə tank əleyhinə raket kompleksləri, 155 millimetrlik haubitsalar, artilleriya qurğuları, pilotsuz uçuş aparatlarına qarşı sistemlər və digər növ silahlar göndərib.

Yaxın günlərdə hind mənbələri İrəvanın Rusiyanın lisenziyası ilə Hindistanda istehsal olunan Su-30MKI qırıcılarının alınması ilə bağlı saziş imzalamağa yaxın olduğunu bildiriblər. Bununla belə, Ermənistanın müdafiə naziri Suren Papikyan bu məlumatı təkzib edib.

Lalə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
www.bakupost.az

1Источники