RU

“Qarabağ” “Çelsi” ilə oyunda əldə edilən nəticəyə görə futbolçuları mükafatlandıracaq: MƏBLƏĞ AÇIQLANDI

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Qarabağ” futbol klubunun rəhbərliyi Çempionlar Liqasının IV turunda “Çelsi” ilə qarşılaşmada bərabərə(2:2) qalan komandanın üzvlərini mükafatlandırıb.

İdman.Biz Publika.az-a istinadən xəbər verir ki, əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.

Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağı təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik ötən gecə sərgilənən oyundan olduqca razı qalıb. London klubu ilə heç-heçə qələbəyə bərabər tutulub. Futbolçuların döyüşkənliyi, qələbə üçün mübarizə aparmaları və bu oyunun dünyada böyük marağa səbəb olması “Qarabağ”ın rəhbərliyini razı salıb.

Nəticədə heç-heçə üçün nəzərdə tutulan mükafat artırılıb. Beləliklə Azərbaycan çempionunun üzvləri “Çelsi” ilə oyuna görə 80-90 min manat arası mükafat alacaqlar.

Qeyd edək ki, cari mövsümdə UEFA Çempionlar Liqasında iki qələbə qazanan Ağdam təmsilçisi “Benfika” zəfərinə görə oyunçularına 100 min, “Kopenhagen” üzərində qələbəyə görə isə 70 min manat pul ödəyib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
24
icma.az

10Источники