RU

Britaniya ordusu “Ajax” zirehli maşınlarını təhvil alıb

Britaniya Silahlı Qüvvələri nəhayət, “Ajax” zirehli maşınlarının ilk partiyasını təhvil alıb. Nəqliyyat vasitələrinin çatdırılması 8 il yubanıb.

Herbiand.az bu barədə The Guardian qəzetinə istinadən bildirir.

Maşının seriyalı çatdırılmasına əvvəlcə 2017-ci ildə başlanması planlaşdırılırdı. Lakin sınaq zamanı aşkarlanan texniki problemlər səbəbindən tarix dəfələrlə təxirə salınıb. 2020-ci ildə isə hərbi sınaqlar dayandırılıb. Buna 11 hərbçinin şikayət etməsi səbəb olub. Onlar maşının içərisində həddindən artıq vibrasiya və səs-küy səbəbindən eşitmə itkisindən şikayətləniblər.

Ümumilikdə, Böyük Britaniya Müdafiə Nazirliyi müxtəlif modifikasiyalar da daxil olmaqla 589 “Ajax” zirehli maşını sifariş edib. Müdafiə nazirinin müavini Lyuk Pollard ilk 50 maşının NATO-nun şərq cinahında yerləşdirilməyə hazır olduğunu açıqlayıb.

Maşının hər birinin qiyməti təxminən 10 milyon funt sterlinqə başa gəlir. Müqavilənin ümumi dəyəri isə təxminən 3,5 milyard funt sterlinq (5,6 milyard dollar) təşkil edir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
35
herbiand.az

1Источники