Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda İngiltərənin "Çelsi" klubu ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi matçdan sonra müayinədən keçib. Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb. Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
Xatırladaq ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesabı ilə yekunlaşıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта