AZ

Kadi 8-10 həftə futbol meydançasından kənarda qalacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə Azərbaycan təmsilçisindən məlumat verilib.

Yarımmüdafiəçi matçdan sonra müayinədən keçib. Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə yekunlaşıb.

Seçilən
8
13
veteninfo.az

10Mənbələr