ain.az, GlobalInfo saytına istinadən bildirir.
“İranla aramızda uzun müddət müzakirə olunan məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusudur. İran daxilində Xəzər dənizinə “Mazandaran gölü” deyirlər. Onların fikrincə, bu dəniz ölkənin dörd bir tərəfi ilə əhatə olunub və daxili su hesab olunur. Buranın bir tərəfi Mazandaran əyaləti ilə həmsərhəd olduğundan onun adı ilə əlaqələndirilir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində səsləndirib.
Onun sözlərinə görə, Heydər Əliyev ilə İranın sabiq prezidenti Məhəmməd Xatəmi arasında aparılan danışıqlarda iranlılar bir neçə dəfə Xəzər dənizinə “Mazandaran gölü” deyiblər:
“2002-ci ilin mayında Heydər Əliyev İrana səfər edib. Danışıqları o zaman İrandakı səfirimiz Abbasəli Həsənov tərcümə edirdi. İranlıların söz oyunlarına alışıq olduğundan o, birbaşa “Xəzər dənizinin problemləri” ifadəsini işlədib.
V.Quliyev qeyd edib ki, Heydər Əliyev həm orada, həm də mətbuatda İran tərəfini ustalıqla yerində oturtdu.
“Mən Mazandaran gölünü tanımıram. Siz əvvəlcə düzgün adını mənə tanıdın. Ən başdan bu, Xəzər dənizidir. Qədim xəritələri açın, Xəzər dənizi yazılıb. Bəzi iranlı şəxslər belə adlar icad etməklə Xəzər ətrafında danışıqlara mane olurlar”, – H.Əliyev qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.