RU

Həddindən artıq spirt qəbulu erkən və ağır insultlara səbəb ola bilər

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni araşdırma göstərib ki, spirtli içkilərin çox miqdarda qəbulu beyində daha erkən və ağır qanaxmalarla əlaqəlidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat "The New York Times” nəşrində "Neurology” jurnalında dərc olunan elmi məqaləyə istinadla verilib.

Bu dəfə alimlər spirtli içkilərin beyindaxili qanaxmalar – yəni ən təhlükəli və iflic riski ən yüksək insult növü ilə əlaqəsini öyrəniblər.

Tədqiqat nəticəsində məlum olub ki, gündə üç və ya daha çox spirtli içki qəbul edən insanlar – yəni "sərxoş içənlər” – orta hesabla insultu digərlərinə nisbətən 11 il daha erkən keçiriblər. Bundan başqa, onların beyin qanaxmaları daha geniş olub və müalicəsi çətin keçib.

Məqalədə qeyd olunur: "Bu məlumatlar spirtin birbaşa erkən və ağır qanaxmalara səbəb olduğunu tam sübut etmir, lakin onlar spirtin damar zədələnməsi və ürək-damar xəstəlikləri ilə əlaqəsini göstərən çoxsaylı tədqiqatlarla üst-üstə düşür".

Kaliforniya Universitetinin San-Fransisko kampusundan nevrologiya professoru Brüs Ovbiagele bildirib: "Spirtin böyük dozaları beyin hüceyrələri üçün zəhərlidir".

"The New York Times” qeyd edir ki, təxminən 85 faiz insult halları beyində damarların tıxanması – adətən tromblar səbəbindən – yaranan işemik insultlardır. Əksər tədqiqatlar da məhz bu növlə bağlı olub. Beyindaxili qanaxmalar isə damarların partlaması və qana beynin daxilinə axması nəticəsində baş verir.

Araşdırmada 2003–2019-cu illər arasında Massaçusets ümumi xəstəxanasında müalicə alan 1600 beyindaxili qanaxma xəstəsinin məlumatları təhlil edilib. Spirt istifadəsi barədə məlumat xəstələrin özləri, yaxın dostları və ya ailə üzvləri tərəfindən təqdim olunub. Onların 75 faizinin beyin MRT nəticələri də analiz edilib.

Alimlər müəyyən ediblər ki, çox spirt qəbul edən şəxslərdə qan təzyiqi daha yüksək, qanın laxtalanmasına cavabdeh hüceyrələrin sayı isə daha azdır. Bu iki amil beyində qanaxma riskini və onun ağırlıq dərəcəsini artırır.

Tədqiqatı rəhbəri doktor Edip Gürolun sözlərinə görə, MRT nəticələri göstərib ki, çox içən insanların beyin damarları daha kövrək, sərt və keçici olur.

"Çox spirt içənlərdə beyin qocalmasının əlamətləri – məsələn, ağ maddənin zədələnməsi – üç dəfə daha çox müşahidə olunub. Bundan əlavə, insultdan sonra onların 90 faizi müstəqil hərəkət qabiliyyətini itirib və geyinmək, yuyunmaq və ya yerimək üçün köməyə ehtiyac duyub”, deyə məqalədə vurğulanır.

Tədqiqat həmçinin göstərib ki, gündə iki spirtli içki qəbul edən şəxslər belə, spirt qəbul etməyənlərlə müqayisədə daha gənc yaşda beyində qanaxma keçiriblər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
qaynarinfo.az

1Источники