RU

"Qarabağ"a şok xəbər: Ulduz futbolçusu 8-10 həftə oynamayacaq

Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.

MilliYol.az kluba istinadən xəbər verir ki, yarımmüdafiəçi matçdan sonra müayinədən keçib. Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesabı ilə yekunlaşıb.

Избранный
12
13
milliyol.az

10Источники