Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti İtaliya Mərkəzi Bankında işgüzar səfərdə olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi risk əsaslı nəzarət strategiyasının hazırlanması və tətbiqi, daxili kapital və daxili likvidlik adekvatlığının qiymətləndirilməsi, eləcə də model riskinin idarə edilməsi və verifikasiyası mövzuları üzrə müzakirələrin keçirilməsindən ibarət olub. Bununla yanaşı, bazar davranışlarının tənzimlənməsi və nəzarəti üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Mərkəzi Bankın nümayəndə heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”, həmin çərçivədə icra olunan risk əsaslı nəzarət və “Suptech” (nəzarət texnologiyaları) layihələrinin gedişatı barədə məlumat verilib.