RU

Qarabağ beynəlxalq arenada yaxşı oynayır Yuri Syomin

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Tanınmış rusiyalı mütəxəssis, "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını şərh edib. 

Fanat.Az xəbər verir ki, 78 yaşlı çalışdırıcı "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun əməyini yüksək qiymətləndirib. 

"Championat" Syominin fikirlərini belə çatdırıb: 

"Qarabağ" beynəlxalq arenada yaxşı oynayır. Bu, uzun müddət eyni məşqçinin rəhbərlik etdiyi komandadır və o, həm klubda, həm də ölkədə etimadı tam doğruldur. O, öz biznesini yaxşı bilir və onu inkişaf etdirir. 

Onu da deyim ki, Azərbaycan çempionatına yalnız yüksək səviyyəli əcnəbi futbolçular gəlir və bu səbəbdən yerli komandalar avrokuboklarda yaxşı çıxış edir". 

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Çelsi” ilə heç-heçə edən “Qarabağ” 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
fanat.az

2Источники