RU

Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ

Yaxın gələcəkdə Bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəzərdə tutulur.

Ölkə.az modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov bildirib.

O qeyd edib ki, Bakıda hansısa tarixi abidənin, mədəni irs nümunəsinin sökülməsinə yol verilmir:

"Son illər Bakıda tətbiq edilən böyük islahatların və iri layihələrin hamımız şahidiyik. Bizim əsas prioritetlərimizdən biri şəhərin dayanıqlı inkişafı, insanyönümlü şəhərin yaradılması, şəhərin müasirləşərək rahat və əlverişli olmasıdır. İrsin qorunması dövlət səviyyəsində əsas prioritetlərdən biridir. Bunu "İçərişəhər" ərazisində, Fəvvarələr meydanında, Mərkəzi parkın üç mərhələsində müşahidə edə bilirik".

Избранный
17
2
olke.az

3Источники