RU

İlin ilk 9 ayında 157,1 milyon dollarlıq pomidor ixrac edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədən 157,1 milyon ABŞ dolları dəyərində 144 min tondan çox pomidor ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 12,6 faiz və ya 17,5 milyon dollar, həcmi isə 23,1 faiz və ya 27 min ton artıb.

Cari ilin ilk 9 ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,84 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,93 faizə bərabər olub.

Избранный
58
vergiler.az

1Источники