Onun sözlərinə görə, məşhur tədqiqatçı Albert Gabriel də bu körpünü “öz dövrü üçün heyrətamiz mühəndislik nümunəsi” kimi dəyərləndirib. Bu möhtəşəm körpünün fonunda foto çəkdirib yolumuza davam edirik.


.jpg)






Həsənkeyf minilliklərə uzanan qədim tarixə malik bir yaşayış məskənidir. Arxeoloji qazıntılar burada 12 min il əvvələ aid izlərin mövcudluğunu sübut edib. Dəclə çayının sahilində, Mesopotamiyadan Anadoluyadək uzanan strateji yol üzərində yerləşməsi şəhərə hər dövrdə xüsusi əhəmiyyət qazandırıb. Roma imperatoru II Konstantiy Sasani hücumlarının qarşısını almaq üçün 363-cü ildə Hasankeyfdə möhkəm qala tikdirib. Sonrakı əsrlərdə şəhər Bizans, Əməvi, Abbasi və Artuqluların hakimiyyəti altında olub. Ən parlaq dövrünü Artuqlular dövründə, paytaxt statusu qazandığı illərdə yaşayıb. 1515-ci ildə Osmanlı imperiyasına daxil edilən Həsənkeyf, XVII əsrdən etibarən ticarət yollarının dəyişməsi ilə tədricən öz əhəmiyyətini itirib. İlisu bəndinin inşası nəticəsində qədim şəhər sular altında qalacağı üçün 3 km uzaqlıqda Yeni Həsənkeyf salınıb. Tarixi abidələr — məscidlər, türbələr, hamam və qala qapısı — Dəclə sahilində yaradılan “Mədəniyyət parkı”na köçürülüb. Buranın ən nadir abidələrindən olan Zeynalbəy türbəsi 8 kilometr məsafədən daşınaraq yeni salınan Həsənkeyfin mərkəzinə gətirilib.
Həsənkeyf muzeyi Həsənkeyfin və bölgənin tarixi ilə tanış olmaq üçün Həsənkeyf Muzeyinə baş çəkmək kifayətdir. Burada müxtəlif dövrlərə aid eksponatlar — qədim alətlər, saxsı qablar, sikkələr və bəzək əşyaları sərgilənir. Muzeydə həmçinin Artuqlular, Əyyubilər və Osmanlı dövrlərinə aid nadir tapıntılar yer alır. İnteraktiv bölmələrdə isə su altında qalan qədim Hasankeyfin 3D modelləri nümayiş olunur. 




Mağarada yaşayan ailələr Ən maraqlı məqam isə hələ də köhnə Hasankeyfin su altında qalmayan hissələrində 3 ailənin mağarada yaşamasıdır. Bildirilir ki, onlar ehtiyaclarını qarşılamaq üçün üçün gəmi ilə keçib mərkəzə gəlirlər, lazım olan ərzaqları alıb yenidən mağaralarına qayıdırlar. Onlar həyatlarını heyvandarlıqla keçirirlər. Hasankeyf gəzintimizi yekunlaşdırıb neft şəhəri olan Batman mərkəzə doğru gedirik. 







Şərqi Anadolunun bu dörd şəhərinə səyahət edərkən, sanki zamanın qatları arasında gəzirsən — bir tərəfdə qədim tarixin səssiz şahidləri, o biri tərəfdə isə həyatın öz axarı ilə davam etdiyi yeni mənzərələr. Bu torpaqlarda hər daş, hər küçə bir hekayə danışır. Qalalar, körpülər, məscidlər və qədim yaşayış yerləri səni tarixlə üz-üzə gətirir, dağların və çayların yaratdığı füsunkar mənzərələr isə səfərə xüsusi rəng qatır.Burada keçmişlə bu gün bir-birinə qarışır — sanki tarix nəfəs alır, sən isə onun içində addımlayırsan. Yerli bazarlarda sənətkarların əl işlərinə baxmaq, bölgəyə xas dadlarla tanış olmaq bu səyahətin ruhunu tamamlayır. Xatırladaq ki, 27–31 oktyabr tarixlərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, eləcə də Nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə media nümayəndələri üçün Türkiyənin Muş, Bitlis, Siirt və Batman şəhərlərinə səfər təşkil olunub.
Bakı-Muş-Bitlis-Siirt-Batman-Bakı 











