RU

Avropa klubunun direktoru: "Klubda müntəzəm oynadığı üçün milliyə dəvət olunacağını gözləmirdik" - MÜSAHİBƏ

Albaniyanın “Eqnatiya” klubunun idman direktoru Kleydi Zenelay Sportal.az saytına müsahibə verib. O, azərbaycanlı futbolçu Zamiq Əliyevin durumundan danışıb.

- Zamiq Əliyev bu mövsüm stabil oynamamasının səbəbi nədir? Ötən mövsüm daim start heyətində idi. Bu mövsüm belə deyil....

- Bu, texniki heyətin qərarıdır. Bu haqda bizim deyəcəyimiz nəsə yoxdur. Zamiq hər gün çox yaxşı məşq edir və onun vaxtı gələndə bundan ən yaxşı şəkildə istifadə edəcəyinə əminik.

- O, artıq Azərbaycan milli komandasına da dəvət edilmir. Səncə, bu məqam onun psixoloji durumuna təsir edir? Onun milliyə dəvət edilməməsi sizin üçün sürprizdir? 

- Burada təəccüblü bir şey yoxdur. Çünki müntəzəm oynamadığı üçün milliyə dəvət olunacağını gözləmirdik. Düşünürəm ki, o, güclü oğlandır və heç nə ona təsir etməyəcək.

- Bir müddət əvvəl Zamiqə bir neçə klub təklif göndərmişdi. İndi necə, onu istəyən, Zamiq üçün "Eqnatiya"ya təzminat məbləği ödəmək istəyən klub var?

- Zamiq gənc olduğu və potensialı yüksək olduğu üçün fərqli təklifləri qiymətləndiririk. Yaxın vaxtlarda görəcəyik. 

- Onu yayda "Veres" istəyirdi. Bu məsələ qüvvədədir?

- Xeyr, onlar tərəfdən artıq heç nə yoxdur.

- Qışda Zamiqi başqa kluba getməsinə icazə verəcəksiz? "Eqnatiya"nı hansı kluba dəyişərsə, buna inkişaf demək olar?

- Biz təkcə Zamiq üçün deyil, bütün oyunçularımız üçün açığıq. Biz işimizi belə tuturuq. Əgər hər iki tərəf üçün yaxşı olarsa, onda bir həll yolu tapacağıq.

- Azərbaycanın başqa futbolçuları ilə maraqlanırsız?

- Hələlik xeyr. 

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Избранный
7
1
sportal.az

2Источники