RU

Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq

Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə

və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən

tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunacaqlar.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən yeni - 2-1-ci maddədə (İcbari sığortanın aidiyyəti) əksini tapıb.

Sığorta olunanların və sığortalıların uçotu qaydası da bu maddədə nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Qeyd olunan sığorta olunanlara münasibətdə sığortaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan olacaq. Kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərən sığortaçılara aid tənzimləmə və nəzarət tədbirləri bu sığortaçıya şamil edilməyəcək. Nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə həmin maddəyə uyğun olaraq ödənilən sığorta haqlarının 5 faizədək həcmində müəyyən edilən vəsaitin məcmusu olacaq sığorta ehtiyatı fondu yaradılacaq.

Избранный
18
7
aznews.az

8Источники