RU

“Qarabağ” Çempionlar Liqasında pley off a düşməyə yaxınlaşdı ŞƏRH

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Mən şəxsən dünənki heç-heçəni bir növ qələbə hesab edirəm”.

Bunu Modern.az-a açıqlamasında tanınmış məşqçi, futbol mütəxəssisi Ağasəlim Mircavadov ötən gün Bakıda keçirilmiş “Qarabağ” - “Çelsi” oyununu şərh edərkən bildirib.

Onun sözlərinə görə, 10 il əvvəl Azərbaycan futbolunda belə hadislər baş verə bilməzdi:

“10-15 il əvvəl belə klubların adını sadəcə eşidirdik, televizorda görürdük. Onlarla oynayanda əsas məqsəd yalnız çox top buraxmamaq idi. Artıq bu düşüncə tamamilə dəyişib.

İndi klublarımızın hər birinin öz oyun üslubu, məqsədi var və hamısı qalib gəlmək istəyir. Mən şəxsən dünənki heç-heçəni qələbə kimi dəyərləndirirəm. Çünki biz rəqibdən geri qalmadıq, bəzi məqamlarda hətta onlardan üstün idik”.

A.Mircavadov “Qarabağ”ın orta sahədə apardığı oyunu xüsusilə yüksək qiymətləndirib:

“Əsas mübarizə orta xəttdə gedirdi. Qarabağın oyununda da üstünlük məhz burada olur - topu saxlamaq və hücumları bu zonadan qurmaq. “Çelsi” ilə matçda da bunu aydın şəkildə gördük. Biz İngiltərənin, Avropanın, bəlkə də dünyanın ən güclü klublarından biri ilə qarşılaşdıq”.

O, həmçinin qeyd edib ki, “Qarabağ” bu dəfə də öz oyun tərzi və istəyi ilə fərqlənib:

“Hazırkı mərhələdə əsas məqsəd xal toplamaqdır, çünki "pley-off"a düşmək üçün bu çox vacibdir. "Qarabağ" bu böyük imtahandan uğurla çıxdı.

Azarkeşləri də təbrik etmək istəyirəm - onlar sona qədər komandaını dəstəklədilər. Artıq "Qarabağ" top-klub səviyyəsinə yüksəlib. Avropada onu tanıyırlar və futbolçularına da maraq artır”.

A.Mircavadov qarşıdakı “Liverpul” - “Qarabağ” oyununa da münasibət bildirib:

"“Liverpul" dünya çempionu, çox güclü komandadır. Amma "Qarabağ" da artıq öz oyun üslubu olan bir komandadır. Düzdür, atmosfer fərqli olacaq - biri var Bakıda oynamaq, biri də "Liverpul"un stadionunda. "Liverpul"un stadionu çox böyükdür və bu da oyunun gedişatına öz təsirini göstərir. Mövzudan bir qədər kənarlaşıb bildirmək istərdim ki, iki gün əvvəl "Liverpul" “Real Madrid”lə çox gərgin oyun keçirdi. Kim qol vursaydı, oyuna o nəzarət edəcəkdi və "Liverpul" qalib gəldi.

"Qarabağ" da meydana çıxıb öz oyununu oynayacaq. Əgər hər şey istədiyimiz kimi alınsa, pley-offa bir addım da yaxınlaşacağıq. Əsas məsələ budur ki, "Qarabağ" heç kimdən çəkinmir və yalnız müdafiədə oynamır. Dünən baxdım - həm birinci, həm ikinci hissədə, xüsusilə 60-cı dəqiqədən sonra orta sahədə üstünlük qazandılar. Bu da komandanın fiziki cəhətdən çox yaxşı vəziyyətdə olduğunu bir daha göstərir”.

Sonda mütəxəssis vurğulayıb ki, qarşıdakı oyunlar daha da maraqlı olacaq:

“Cədvələ baxdım, çoxlarının yeddi xalı var, o cümlədən “Çelsi”nin də. İndi bizə daha çox xal toplamaq lazımdır. “Liverpul”la oynamaq çətindir, amma unutmayaq ki, “Qarabağ” da artıq güclü bir komandadır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
modern.az

2Источники