RU

Aİ də Rus qazının qadağan edilməsi necə müzakirə edilir və kimlər yumşalma tərəfdarıdır?

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı Rusiya qazının idxalının qadağan olunmasına dair tarixi qərara yaxınlaşıb. 20 oktyabrda Aİ Şurası Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması haqqında yeni Reqlament üzrə ümumi mövqeni razılaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu sənəd REPowerEU yol xəritəsinin əsas hissəsidir və Aİ-nin Rusiya enerjisindən asılılığının dayandırılmasını nəzərdə tutur.

Lakin hər şey göründüyü qədər sadə deyil, çünki Aİ Şurasının mövqeyi gözləniləndən daha yumşaqdır. Ona görə də REPowerEU-nun daha sərt və effektiv yekun variantı uğrunda mübarizə hələ davam edir.

"Razom We Stand” təşkilatının eksperti Yekaterina Kontsurun "Rusiya qazına qadağa uğrunda mübarizə: Aİ sanksiyalarında yumşalmadan qaçmaq mümkün olacaqmı?” adlı məqaləsində bu mübarizə təhlil edilir. Aşağıda məqalənin qısa icmalı təqdim olunur.

Müəllif qeyd edir ki, 20 oktyabrda Aİ Şurası nəhayət öz mövqeyini qəbul edib və bu mövqe Avropa Parlamentinin 2025-ci il 17 oktyabr tarixli daha sərt qərarı ilə müqayisədə Rusiya üçün daha əlverişlidir.

Növbəti, üçüncü mərhələ — Avropa Parlamenti, Aİ Şurası və Avropa Komissiyası arasında keçiriləcək trialoqdur. Bu siyasi üçtərəfli danışıqlar 6 və 20 noyabrda və 2 dekabrda baş tutacaq.

Ekspertin sözlərinə görə, yekun qərar artıq dekabr ayında gözlənilir.

Aİ Şurası tədrici yanaşmanı dəstəkləyir, halbuki Avropa Parlamenti daha sərt mövqe tutur və neft və qazın alınmasının qadağan edilməsinin sürətləndirilməsində israr edir.

"Avropa Parlamentinin və Aİ Şurasının mövqeləri arasında çox ciddi fərqlər var”, – deyə Kontsur bildirir.

"Razom We Stand”ın hesablamalarına görə, Aİ Avropa Parlamentinin təklif etdiyi daha sərt və sürətli qadağa modelini seçərsə, 2026–2028-ci illər ərzində Putinin hərbi maşınını əlavə 29 milyard avrodan məhrum edə bilər.

Köşənin müəllifi qeyd edir ki, Aİ Şurasındakı müzakirələr zamanı ölkələr üç qrupa bölünüb:

•"Proaktivlər” – Polşa, İsveç, Xorvatiya, Portuqaliya və Baltik ölkələri (ən sürətli imtinənin tərəfdarları),

•"Tənqidçilər” – Macarıstan və Slovakiya (onlar üçün Rusiya qazı "həyat məsələsi”dir),

•"Ehtiyatlılar” – Avstriya, İtaliya, Yunanıstan və Rumıniya (ümumi məqsədi dəstəkləyirlər, lakin narahatlıqları var).

"Razom We Stand” nümayəndəsi əlavə edir ki, Fransa, İspaniya və Belçika — Rusiya LNG-sinin əsas idxalçıları — uzunmüddətli müqavilələrin ləğvindən sonra kommersiya məhkəmə iddialarından sığorta təminatları almağa çalışırlar.

"Razom We Stand” hesab edir ki, Rusiya 2026-cı il 1 yanvardan etibarən Aİ-də spot və qısamüddətli müqavilələrə qadağa səbəbindən ildə 5 milyard avro, 2027-ci il 1 yanvardan bütün idxala (boru qazı və LNG) tam qadağa nəticəsində isə ildə təxminən 15 milyard avro itirəcək.

Kontsur yazır:

"Aİ boşluqsuz dəqiq tarixlər müəyyən etməlidir: Rusiya qazı, nefti və neft məhsullarının idxalı üçün yeni müqavilələrə qadağa — 1 yanvar 2026-dan; bütün tədarükün tam dayandırılması — ən gec 1 yanvar 2027-dən. Bu, Aİ-nin 19-cu sanksiya paketində də nəzərdə tutulub”.

Onun fikrincə, LNG terminallarının qaz idxalına qadağa üçün keçid dövrləri qısaldılmalı, dənizə çıxışı olmayan ölkələr üçün istisnalar isə ləğv edilməlidir.

Ekspert vurğulayır ki, heç bir "coğrafi spesifika” müharibənin maliyyələşdirilməsi üçün bəraət ola bilməz.

O, həmçinin qeyd edir ki, Rusiya qazının mərhələli şəkildə dayandırılmasına dair Reqlament sanksiya paketləri ilə sinxronlaşdırılmalıdır, əsasən də "kölgə donanmasının” sığortalanmasına qadağa məsələsində.

Ekspertin fikrincə, Aİ enerji daşıyıcıları üçün məcburi izləmə sistemi yaratmalı, gömrük orqanlarına şübhəli mənşəli tədarükü bloklamaq səlahiyyəti verməli və "pozucular reyestri” — bazara girişinə qadağa qoyulacaq şirkət və gəmilərin siyahısını tərtib etməlidir.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
51
qaynarinfo.az

1Источники