RU

Şuşanın azad edilməsi hərb tarixinin unikal hadisəsidir

2020-ci il noyabrın 8-də Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək böyük Zəfər tarixi yazdı. Noyabrın 8-i Şuşanın azad olunması böyük Qələbəmizin ən parlaq səhifəsi oldu. Bu, səbəbsiz deyil. Şuşanın azas edilməsi mümkünsüz hesab olunsa da, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  bu çətin missiyanı yerinə yetirdi.
Hətta erməni separatçı rejiminin rəhbərləri öz havadarlarına güvənərək, Azərbaycanın guya xunta rejimini tanıyacağına dair cəfəng iddialar səsləndirirdilər. Azəbaycan ordusu bu sərsəm iddiaların heç bir əsasının olmadığını real döyüş meydanında sübut etdi. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq tələb edirdi. Azərbaycan ordusu bu tapşırığı şərəflə, böyük qəhrəmanlıqla yerinə yetirdi. Azərbaycan bayrağı 28 ildən sonra Şuşada dalğalandı.
Böyük Qələbədən sonra Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan vermək istəməyən qüvvələr regionda yeni “statuks-kvo” vəziyyəti yaratmağa çalışırdı. Onların məqsədi Azərbaycanı 2020-ci il 44 günlük müharibənin nəticələri ilə kifayətlənməyə məcbur etmək idi. Lakin Azərbaycanın növbəti hədəfi var idi – dövlət suverenliyinin bərpası. Bunun üçün isə təbii ki, Xankəndi şəhəri azad olunmalı idi. 44 günlük müharibədə Azərbaycan Ordusunun məhz Xankənidinin bir addımlığında dayanması da təsadüfi deyildi. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, bu, Azərbaycanın şüurlu seçimi idi və Zəfər günündə, qələbəmizin 3-cü ildönümündə Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bunun nə qədər düzgün və müdrik addım olduğunu təsdiqlədi.
Azərbaycan suverenlik, ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getməyəcəyini bir daha sübut etdi. Müharibənin başa çatmasından ötən 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər bizi növbəti hədəfimizə yaxınlaşdırdı. 2023-cü il aprelin 23-də Laçın sərhəd buraxılış məntəqəsi quruldu, 2023-cü il sentyabrın 20-də isə məsələ öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Xankəndidə Azərbaycanın dövlət bayrağı ucaldı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat ərzində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə idi.
Zəfərimizin simvolu olan Şuşanın azadlığa qovuşması tarixi hadisə idi. Qısa müddətdə Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyallarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası Şuşanın tarixi və milli simasını özünə qaytarıb. Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə, qlobal əhəmiyyət kəsb edən platformaların ev sahibinə çevrilməkdədir. Bu isə qədim Azərbaycan şəhəri kimi Şuşanın nüfuzunun daha da artmasına zəmin yaradır.

Könül Nurullayeva,
Milli Məclisin deputatı

Избранный
12
5
ikisahil.az

6Источники