RU

Xırdalanda asma körpü tikiləcək? - Rəsmi 

Xırdalan istiqamətində hər gün müşahidə olunan tıxaclar sürücülər və sakinlər tərəfindən narazılıqla qarşılanır...

Milli.Az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı sözügedən ərazidə olan tıxacla bağlı danışarkən nəzərə çatdırıb ki, tunelə qədər dəhşət tıxac olsa da, "Ekologiya postu"na çatanda vəziyyət düzəlir, avtomobillər normal hərəkət edir.

Onun sözlərinə görə, əslində yol bağlı deyil, problem sağa dönərək Xırdalan dairəsinə daxil olan nəqliyyat vasitələrinin yaratdığı sıxlıqdan qaynaqlanır və bu, artıq illərdir davam edən məsələdir.

E.Muradlı onu da qeyd edib ki, orada obyektin yarısını söküb əlavə zolaq yaratmağın problemin həlli olmadığını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bildirib. O, çıxış yolu kimi "Koroğlu" metrostansiyası üzərindəki asma körpünün kiçik modelinin bu ərazidə də qurulmasını təklif edib.

Bəs, maraqlıdır, həmin ərazidə asma körpünün yaradılması planlaşdırılmı?

 
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirib ki, hazırda bu ərazidə asma körpü inşası ilə bağlı hər hansı layihə mövcud deyil.

Poliqon.info

 

Избранный
10
5
poliqon.info

6Источники